Röya pulsuz konsert verəcək

Röya pulsuz konsert verəcək
25 fevral 2020
# 16:30

Xalq artisti Röya Ayxan mart ayında verəcəyi konsert günlərinin birini - 6 martda qadınlara girişin pulsuz olacağını açıqlayıb.

Kulis.az xəbər verir ki, bundan əlavə xanım müğənni Bakı Konqres Mərkəzində keçiriləcək konsertinin proqramında dəyişiklik edib. Belə ki, konsert 3 gün yox, 4 gün davam edəcək.

Bu barədə Röya sosial media hesabında videomüraciət yayımlayıb. Müğənni həmçinin 7, 8, 9 mart tarixlərində konsert biletlərinin az sayda qaldığını qeyd edib.

# 2940 dəfə oxunub

Müəllifin son yazıları

# # #