Rejissorumuz beynəlxalq festivalda mükafat aldı

Rejissorumuz beynəlxalq festivalda mükafat aldı
22 dekabr 2020
# 12:40

Azərbaycanlı rejissor Elmar Bayramovun "Let me run" ("İzn ver qaçım") qısametrajlı filmi Londonda keçirilən "Fighting Spirit Film" beynəlxalq kinofestivalında "Ən yaxşı xarici film" mükafatına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Kulis.az-a verilən məlumata görə, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri fiziki qüsurlu Orxan adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneləri dəf edir.

Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Goldberg və Zeke Ramazan Geisdir.

Qeyd edək ki, indiyə qədər "İzn ver qaçım" qısametrajlı filmi Los Angeles, Nyu-York və Torontoda keçirilən beynəlxlaq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.

# 1216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #