Rejissor öz ölümündən film çəkdi

Rejissor öz ölümündən film çəkdi
21 sentyabr 2021
# 15:10

Kanadalı rejissor Devid Kronenberq özünün ölümündən bəhs edən film çəkib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, bir dəqiqəlik qısa film “Devid Kronenberqin ölümü” adlanır. Qısametrajlı filmin çəkilişlərində rejissora qızı Keytlin kömək edib.

Filmdə rejissor otaqda öz bədəninin tapır, onu öpür, yanında uzanır, qucaqlayır.

Rejissorun sözlərinə görə layihə ona təkcə ekzistensial dəhşətlə üz -üzə gəlməyi deyil, həm də 2017-ci ildə vəfat edən mərhum həyat yoldaşına sevgisini ifadə etmək imkanı verib.

Film bu gün hərraca çıxarılacaq.

# 1807 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #