Rejissor Şuşadan film çəkmək üçün müraciət etdi

Rejissor Şuşadan film çəkmək üçün müraciət etdi
23 noyabr 2020
# 12:20

Mingəçəvir Dövlət Dram Teatrının baş rejissoru Cavid Təvəkkül Şuşa haqqında qısa film çəkmək üçün müraciət etdi.

Kulis.az xəbər verir ki, bu barədə rejissor özü məlumat verib. O, bildirib ki, hal-hazırda Şuşa haqqında “Nələr çəkib başın sənin” adlı qısa filmin ssenarisi də artıq hazırdır: “Nələr çəkib başın sənin" adlı qısa film ssenarisi var. Bir neçə yerə müraciət etmişəm. Mənə yaxın şirkətlərdən biri 50% razılıq verib, indi proekti 100% halına çatdırmaq üçün tam hüquqlu ikinci partnyor şirkət axtarıram. Televiziyalardan, istehsal ilə məşqul olan şirkətlərdən, biznesmenlərdən, QHTlərdən, müxtəlif cəmiyyət və birliklərdən, ümumiyyətlə marağı olanlardan dəstək gözləyirəm”

Rejissor onu da qeyd edib ki, film tarixi janrda olacaq

# 2477 dəfə oxunub

Müəllifin son yazıları

# # #