Kann Kinofestivalının "Qızıl palma budağı"nı Misirli rejissor qazanıb.
Kulis.az xəbər verir ki, o, bu mükafatı “Üzünü unutmaqdan qorxuram” qısametrajlı filminə görə alıb.
Xatırladaq ki, dünən Fransanın Kann şəhərində kinofestivalın rəmzi açılış mərasimi olmuş, 4 tammetrajlı ekran əsəri təqdim olunmuş və və qısametrajlı filmlər arasında müsabiqə keçirilmişdi.
- Bakıda "Nine Senses Fest 2025” başlayır
- Psixoloji məsləhətlər verən 11 yaşlı uşaq
- Azərbaycanlı rejissor vəfat etdi
Festivalın rəhbəri Pyer Leskür bildirmişdi ki, kinoforumun bu formatda keçirilməsi bütün kino sənətçilərinə dostluq və hörməti ifadə edir: “Burada bütün təhlükəsizlik tədbirləri görülüb. Dəvət olunanlara mütləq qoruyucu maskaların taxılması və sosial məsafənin qorunması zərurəti barədə məlumat verilib”.