Qulu Məhərrəmli "Gələcəyə ön söz" yazdı - Yeni kitab

Qulu Məhərrəmli "Gələcəyə ön söz" yazdı - Yeni kitab
25 dekabr 2019
# 14:11

“Altun kitab” nəşriyyatı professor Qulu Məhərrəmlinin publisistik məqalələrdən ibarət olan “Gələcəyə ön söz” adlı kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitabda müəllifin 2013–2019-cu illərdə “Ayna” qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanmışdır. Ayrı-ayrı mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin müxtəlif problemləri qələmə alınmışdır.

Fərqli insan talelərindən, çağdaş dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-psixoloji və mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız zamanın dolğun mənzərəsini yaradır.

“Ayna kitabxanası” seriyasından kütləvi tirajla çap edilmiş kitabın redaktoru Elçin Şıxlı, texniki redaktoru Rəşad Nəbiyev, bədii tərtibçisi Fəridə Ziyadova, dizayneri Səbinə Vəzirovadır.

Gallery

# 3090 dəfə oxunub

Müəllifin son yazıları

# # #