Qrimm qardaşlarının “Qratel və Hansel” nağılının motivləri əsasında çəkilən qorxu filminin çəkilişləri başa çatıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, klassikləşən Qrimm qardaşlarının məşhur “Qratel və Hansel” nağılının motivləri əsasında çəkilən qorxu filmində meşəlikdə yerləşən evdə yaşayan bacı-qardaşın sehirbaz qarı tərəfindən qaçırılmasından bəhs olunur.
Rejissor Osqud Perkinsin ekranlaşdırdığı filmdə baş rolda, Stifen Kingin “O” adlı qorxu filminin ulduzu Sofia Lillis oynayır.
Film 31 yanvarda tamaşaçılara təqdim oluncaq.