Qremmi mükafatının təqdimatı təxirə salındı

Qremmi mükafatının təqdimatı təxirə salındı
6 yanvar 2021
# 12:45

Dünyanın ən nüfuzlu musiqi mükafatı Qremminin təqdimat mərasimi təxirə salındı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Qremmi təşkilatçıları mükafatlandırma mərasimini koronavirus səbəbindən təxirə salmağa qərar verdiklərini bildiriblər.

Şounun 31 yanvar tarixində Los-Ancelesdə keçirilməsi planlaşdırılırdı. Mənbələrin yaydığı məlumata görə, heykəlciklərin təxminən mart ayında paylanması planlaşdırılır.

# 1776 dəfə oxunub

Müəllifin son yazıları

# # #