Qızına təcavüzdə günahlandırılan rejissoru müdafə etdi

Qızına təcavüzdə günahlandırılan rejissoru müdafə etdi
29 noyabr 2019
# 17:40

Aktrisa Skarlett Yohansson yenidən rejissor Vudi Allenin müdafiəsinə qalxdı.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, o, ögey qızı Dilan Ferrouya qarşı seksual istismarda günahlandırılan Vudi Alleni müdafiə edib. Aktrisa bildirib ki, bundan əvvəl də bir çox aktyor məlum səbəblərdən Allenlə əməkdaşlıq etməkdən imtina etsələr də o, öz dostuna inanır.

“Mən ətrafda gəzən şaiyələrdən artıq heç nə bilməsəm də Allenə inanıram və onu dostum hesab edirəm. Ancaq mənim ona inanmağım qadınlara inanmamağım anlamına gəlmir.”

Xatırladaq ki, aktrisa bir neçə ay bundan əvvəl də Vuddi Alleni müdafə xarakterli açıqlamalar vermişdi.

# 2090 dəfə oxunub

Müəllifin son yazıları

# # #