Qismət Fikrət Qocaya nəzirə yazdı: Cib dəsmalım, can yoldaşım...

Qismət Fikrət Qocaya nəzirə yazdı: Cib dəsmalım, can yoldaşım...
19 dekabr 2019
# 18:41

Şair Qismət Rüstəmov Fikrət Qocanın AYB-yə həsr etdiyi şeirə nəzirə yazıb. Kulis.az həmin şeiri təqdim edir.

Cib dəsmalım, cib dəsmalım,
Pisləşəndə mənim halım -
Burnumun suyu axanda,
Gözlərim yaşlı baxanda,
Mənə həyan sən olmusan,
Dərdə dərman sən olmusan.

Cib dəsmalım, can yoldaşım,
Çox bəlalar çəkib başım.

Əl-üz dəsmalları etsə də inkar,
Səninlə heç vaxtı əyişmərəm mən.
Bizim adətimiz, ənənəmiz var,
Səni yad dəsmala dəyişmərəm mən.

Dəsmalım, dəsmalım, əziz dəsmalım,
Yüz yaşa, min yaşa təmiz dəsmalım.

# 2216 dəfə oxunub

Müəllifin son yazıları

# # #