Qısametrajlı filmimiz beynəlxalq festivalda iştirak edəcək

Qısametrajlı filmimiz beynəlxalq festivalda iştirak edəcək
16 oktyabr 2020
# 10:02

Rejissor Tahir Əliyevin “Qırmızı” qısametrajlı bədii filmi oktyabrın 21-dən 23-dək Moskvada keçiriləcək VIII Beynəlxalq Etnoqrafik Kinofestivalda iştirak edəcək.

Kulis.az xəbər verir ki, film valideynləri ayrıldığı üçün ucqar kənddə tək yaşayan məktəbli qız haqqındadır. Onun yeganə arzusu kəndin palçıqlı dolanbaclarında yeni qırmızı ayaqqabı ilə gəzməkdir.

“Qırmızı” filmi festivalın son günü – 23 oktyabrda nümayiş olunacaq.

Qeyd edək ki, festivalda Rusiya, İtaliya, Böyük Britaniya, Fransa, Danimarka, Hindistan və digər ölkələri təhsil edən rejissorların filmləri nümayiş ediləcək.

# 1714 dəfə oxunub

Müəllifin son yazıları

# # #