Qatillərinə baş daşından gülən adam

Qatillərinə baş daşından gülən adam
23 noyabr 2020
# 14:00

Qardaşxan

Daş və çiçək
23 noyabr unudulmaz Rafiq Tağını cismən itirdiyimiz gündür

“Toz içində çiçək”din,
İndi “Daş və çiçək”sən,–
Amma hind filmi olmaz,
Səndən nə film çəksən.
Baş daşı üstə belə
qatillərinə gülən
təbəssümün çiçəklər.
Məzarın üzərində
“təbəssümlü” çiçəklər.
Soyulan soyundansan,
Doğrandın ləçək-ləçək...
Əlin diri çatmadı,
İlin çatdı yetmişə.
Nə deyərdin bu halda
Qarabağa yetmişə?!

# 2055 dəfə oxunub

Müəllifin son yazıları

# # #