Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video

Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
27 yanvar 2021
# 17:28

AzTV işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib.

Kulis.az xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin əməkdaşları həmin torpaqlarda olub, minaların təmizlənməsi prosesini lentə alıb.

“Əlvida, silah” adlı sənədli film ANAMA əməkdaşlarının təhlükəli və məsuliyyətli iş prosesindən, həmçinin həyatından bəhs edir.

Horadiz və Füzulidə aparılmış çəkilişlərdə bu prosesin neçə mərhələdən ibarət olduğu vurğulanır və hər bir mərhələ ayrı-ayrılıqda göstərilir.

Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatorları isə Adil Abbasov və Elşən Bədəlovdur.

Sənədli film yaxın günlərdə yayımlanacaq.

# 2135 dəfə oxunub

Müəllifin son yazıları

# # #