Polşa filmləri Azərbaycanda nümayiş olunacaq

Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
16 iyul 2020
# 18:15

Polşa film festivalı “Visla” iyuldan dekabradək dünya turnesinə çıxacaq.

Kulis.az xəbər verir ki, turne çərçivəsində Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Xorvatiya, Serbiya, Türkiyə və digər ölkələrdə 10 yeni polyak filmi nümayiş olunacaq. Bakıda filmlərin nümayişi noyabrın 12-dən 17-dək Landmark Jaz-klub “Rotonda”-da baş tutacaq.

“Visla” festivalının proqramına təkcə polyakların deyil, həm də xarici tamaşaçıların marağına səbəb olan ən son Polşa filmləri daxildir. Beynəlxalq kinofestivallarda müxtəlif mükafat almış repertuara komediya, dram və triller filmləri daxildir.

# 2305 dəfə oxunub

Müəllifin son yazıları

# # #