Polad Həşimov haqqında kitabın təqdimatı keçirildi

Polad Həşimov haqqında kitabın təqdimatı keçirildi
29 avqust 2020
# 15:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “General Polad Həşimov xatirələrdə” kitabının canlı yayımda təqdimatı olub. “Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı olan “General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının ortaq layihəsidir.

Canlı yayımın qonağı olan “Hədəf Nəşrləri” evinin direktoru, yazıçı, tərcüməçi Səbuhi Şahmursoy kitab haqqında, onun ərsəyə gəlməsi barədə geniş məlumat verib. General Polad Həşimovun evində qonaq olan Səbuhi Şahmursoy, Həşimovun ailəsi ilə tanışlığından, necə şərəfli və qürurverici görüş olduğundan danışıb.

Görüş izləyicilər tərəfdən maraqla qarşılanıb. /azertag.az/

# 2346 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #