Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı

Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
29 sentyabr 2020
# 19:58

Sentyabrın 29-da Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda təşkil etdiyi hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müsabiqənin keçirildiyi 2 ay ərzində münsiflər heyətinə qiymətləndirilməsi üçün 417 hekayə təqdim olunduğunu bildirib. Onun sözlərinbə görə, 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib: “388 hekayə müsabiqənin iştirakçısı olub. Qaydalara əsasən, bu hekayələrdən münsiflər 5 hekayəni qalib elan edib. Yazıçılar Birliyinə və müsabiqəyə qatılan hər kəsə təşəkkür edir və qalibləri bir daha təbrik edirəm. 5 qalib hekayədən əlavə ən maraqlı 20 hekayə də münsiflər tərəfindən seçilib və biz yaxın gələcəkdə bu hekayələri kitab şəklində nəşr edib, oxuculara çatdırmağı planlaşdırırıq”.

Müsabiqədə Natiq Məmmədlinin “Taclı mələklər” hekayəsi I, Sevinc Elsevərin “A quşlarım, getməyin…” hekayəsi II, Cavidanın “Ev” əsəri isə üçüncü yerə layiq görülüb. Reyhan Yusifqızının “Həkimin gündəliyi” və Əkbər Qoşalının “İradə, mən ölürəm…” hekayələri xüsusi mükafat qazanıb.

# 1919 dəfə oxunub

Müəllifin son yazıları

# # #