Özbəkistan prezidenti Aqşin Yeniseyin şeirinə görə "Toşkent Hakikati" qəzetinə təşəkkür edib.
Kulis.az xəbər verir ki, bu barədə Aqşin Yenisey məlumat yayıb. O, bildirib ki, yanvarın 8-i müəllifi olduğu "Yeni il tənhalığı" şeiri Özbəkistanda dərc olunub:
"Yeni il tənhalığı" şerimi "Toşkent Hakikati" qəzetində çap ediblər. Və səhəri gün Özbəkistan prezidenti Şavkat Mirziyayevin köməkçisi redaksiyaya zəng edərək, bu şerə görə qəzet əməkdaşlarına prezidentin xoş sözlərini çatdırıb".
Qeyd edək ki, sözügedən şeiri özbək dilinə Mirzohid Muzaffar tərcümə edib.