Ölkəmizi beynəlxalq festivalda bu film təmsil edəcək

Ölkəmizi beynəlxalq festivalda bu film təmsil edəcək
13 noyabr 2020
# 14:00

“Nobel qardaşlarının ilk uğuru” filmi noyabrın 15-də növbəti beynəlxalq festivalda nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, film Avstriyanın "Linz" Beynəlxalq Qısa Film Festivalının siyahısına daxil olunub.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.

Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Xalq artisti Eldost Bayram oxuyub.

# 1643 dəfə oxunub

Müəllifin son yazıları

# # #