Olimpiya Dukakis vəfat etdi

Olimpiya Dukakis vəfat etdi
3 may 2021
# 09:25

Məşhur amerikalı aktrisa Olimpiya Dukakis vəfat edib.

Kulis.az Tass-a istinadən xəbər verir ki, 89 yaşlı aktrisa uzun zamandır davam edən sağlamlıq problemlərindən sonra Nyu-York şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, 60-dan çox film və 50-dən çox teleserialda çəkilmiş aktrisa “Moonstruck” (1987-ci il) filmində canlandırdığı obraza görə “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülmüşdü.

# 1679 dəfə oxunub

Müəllifin son yazıları

# # #