Nobelli şair məhkəməni uddu

Nobelli şair məhkəməni uddu
5 avqust 2021
# 14:01

Bob Dilan hit mahnıları üçün açılan müəllif hüququ məhkəməsində qalib gəldi.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Bob Dilan bir vaxtlar birgə mahnılar yazdığı Cekis Levinin varisləri arasında baş tutub. Ceki Levisin yayım şirkəti və həyat yoldaşı 10 mahnının satışından ən az 7,25 milyon dollar tələb edib.

Dilan məhkəmədə qeyd edib ki, aralarındakı müqaviləyə görə, Levi bəlli bir müəllif hüququ faizinə sahib olub.

Məhkəmə bütün bu proseslərdən sonra Bob Dilanın lehinə qərar çıxarıb.

Xatırladaq ki, Dilan ötən ay mahnılarının yayım haqqını 300 milyon dəyərində bir müqavilə ilə “Universal Music Publishing”ə satmışdı.

# 1446 dəfə oxunub

Müəllifin son yazıları

# # #