Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto

Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
20 aprel 2021
# 18:29

Malayziyanın nüfuzlu nəşrlərindən biri olan “Utusan Malaysia” qəzeti dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc edib.

Kulis.az xəbər verir ki, “Nizaminin əsərləri bu gün də qibtə hissi oyadır” sərlövhəli məqalə qəzetin bugünkü buraxılışında nəşr olunub.

Məqalədə bu il dahi şairin anadan olmasının 880 illiyinin tamam olduğu, Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən bu ilin “Nizami Gəncəvi İli” elan edildiyi bildirilir. Nizami Gəncəvinin Şərq intibahının qabaqcıl təmsilçisi olduğu vurğulanaraq, dahi sənətkarın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açdığı, onun poetik-fəlsəfi fikrinin nümunəvi keyfiyyət qazandığı nəzərə çatdırılır.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

# # #