Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək

Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
21 iyun 2021
# 18:56

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Türkiyənin Bursa şəhərində iyulun 25-dən 29-dək böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqresi keçirəcək.

Kulis.az xəbər verir ki, Konqresin təşkilat komitəsi adından, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, konqres “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırılıb.

Bildirilib ki, konqreslə bağlı iki xüsusi akademik jurnal nəşr olunacaq. Elm sahəsində dünyaca məşhur olan “Turkish studies” Elmi Məqalələr jurnalı (https://turkishstudies.net) və Azərbaycanda işıq üzü görən “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq jurnalın konqres materialları ilə bağlı xüsusi nömrəsi nəşr ediləcəkdir.

Konqresdə iştirak etmək arzusunda olanların Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə əlaqə saxlamaları tövsiyə olunur.

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

# # #