Nizami Gəncəvinin “Xəmsə”si türk dilində

Nizami Gəncəvinin “Xəmsə”si türk dilində
4 dekabr 2019
# 13:40

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi həyata keçirilir.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, cari ildə layihə üzrə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) “Xəmsə”sinin türk dilində nəşri başa çatdırılıb.

Tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə dekabrın 6-sı, saat 12:00-da Azərbaycan Milli Kitabxanasında “Xəmsə”nin təqdimat mərasimi baş tutacaq.

Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

# 2444 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #