Nizami Gəncəvi ilə bağlı virtual sərgi

Nizami Gəncəvi ilə bağlı virtual sərgi
9 mart 2021
# 12:53

Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi İli” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgi təşkil edib.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə reallaşıb.

Sərgidə bir sıra rəssamın müxtəlif mövzulu əsərləri nümayiş edilir.

# 2115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #