Necat İşler evini tərk etdi – Səbəb

Necat İşler evini tərk etdi – Səbəb
30 sentyabr 2021
# 09:45

Məşhur türk aktyor Necat İşlər Bordumdakı evini tərk edərək oteldə yaşamağa başlayıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, o, əşyalarını dostunun evinə yerləşdirib.

Bu addımının səbəbindən danışan aktyor deyib: “Planlı şəkildə olmadı. Öz-özünə belə alındı. Evim depo kimi idi. Bir növü bundan xilas olmağa çalışdım. Artıq bezirdim. İndi özümü daha azad hiss edirəm.”

Maddi vəziyyəti ilə bağlı danışan aktyor işləyəndə pul qazana bildiyini söyləyib.

Xatırladaq ki, Necat İşlərin bir dəfə də maddi sıxıntılara düçar olduğu, hətta ağır xəstəliyə yoluxaraq, özünü müalicə etdirə bilmədiyi haqda xəbərlər yayılmışdı.

# 3747 dəfə oxunub

Müəllifin son yazıları

# # #