Nazpəri yeni klipini kitab evində təqdim etdi - Fotolar

Nazpəri yeni klipini kitab evində təqdim etdi - Fotolar
22 noyabr 2019
# 18:41

Noyabrın 22-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Xalq artisti Nazpəri Dostəliyeva "Dözmədim Sənsizliyə" adlı klipini təqdim edib.

Kulis.az xəbər verir ki, Xalq artisti təqdimatının kitab mərkəzində keçirilməsinin əsas məqsədinin gənc nəsildə kitaba maraq yaratmaq olduğunu bildirib: "Bu gün gənc nəslin mütaliəyə böyük ehtiyacı var. Mən məhz bu məqsədlə təqdimatı kitab mərkəzində keçirtmək istədim. Düşünürəm ki, bu sənətçilər arasında bir ənənəyə çevrilməlidir".

Mahnının və klipin ərsəyə gəlmə prosesindən danışan Xalq artisti mahnıda duet ortağını da ictimaiyyətə təqdim edib. Mahnının eyni zamanda söz yazarı olan Eltəkin Səfərəliyevin ixtisasca stamatoloq olduğunu diqqətə çatdırıb. Daha sonra rejissoru Şahnaz Ayazqızına aid olan klip mediaya təqdim olunub.

Qeyd edək ki, "Dözmədim Sənsizliyə" mahnısının musiqisi Nailə Mirməmmədliyə, sözləri isə Eltəkin Səfərəliyeva aiddir.

# 2025 dəfə oxunub

Müəllifin son yazıları

# # #