Nazpəri Dostəliyeva gənc yazara cavab verdi

Nazpəri Dostəliyeva gənc yazara cavab verdi
19 dekabr 2019
# 14:20

Xalq artisti Nazpəri Dostəliyeva onun həyatından kitab yazmaq istəyən gənc yazara cavab verib.

Kulis.az xəbər verir ki, ötən günü müsahibəsində həyatı haqqında avtobioqrafik roman yazmaq istədiyini bildirən Nazpəri Dostəliyevanın bu istəyi ədəbi camiədə maraq doğurub. Beləki gənc yazar Ayxan Ayvaz Xalq artistinin həyatını qələmə almağı təklif edib.

Yazarın təklifinə müsbət reaksiya verən Xalq artisti məmnuniyyətlə razı olduğunu bildirib: “Mənim üçün çox xoş oldu ki, həyatımı romana çevirmək istəyən yazar var. Bu çox sevindirici haldır. Məmnuniyyətlə gənc yazarımızın təklifini qəbul edirəm. İnşallah 2020-ci ildə görüşüb bu barədə söhbət edərik. Mən danışaram o da yazar. Onsuz da mənim həyatım bir dastandır”.

# 4269 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #