Nazirlik Nizami mövzusunda esse müsabiqəsi elan etdi

Nazirlik Nizami mövzusunda esse müsabiqəsi elan etdi
16 aprel 2021
# 09:35

Gənclər və İdman Nazirliyi tərəfindən aprel ayının 20-dən mayın 31-dək “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsi keçirilir.

Kulis.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqədə 14-29 yaşlı gənclər iştirak edə bilər.

İlkin mərhələdə müsabiqə iştirakçıları qeydiyyatdan keçərək aprelin 20-dən mayın 20-dək mövzuya və əsas şərtlərə uyğun yazdıqları esseləri təqdim etməlidirlər. Təqdim edilən esselərin seçimi mayın 21-dən 30-dək münsiflər heyəti tərəfindən aparılacaq, qalib və fərqlənənlər müəyyənləşəcək. Qeyd edək ki, yekun mərhələdə 10 iştirakçının seçimi nəzərdə tutulur.

Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatları, digər 7 iştirakçı isə fəxri fərmanlarla mükafatlandırılacaq.

# 1499 dəfə oxunub

Müəllifin son yazıları

# # #