Nadir Qafarzadə həmkarlarına söz atdı: “Mən də yardım edirəm, amma...”

Nadir Qafarzadə həmkarlarına söz atdı: “Mən də yardım edirəm, amma...”
28 aprel 2020
# 17:55

“Mən də yardımlar edirəm, lakin insanların üzünü çəkib göstərmirəm.”

Bu sözləri musavat.coma müsahibəsində müğənni Nadir Qafarzadə karantində ehtiyacı olanlara yardım edən sənət yoldaşları ilə dağlı danışarkən söyləyib.

O, daha sonra əlavə edib:

“Kişilər əsasən bunu normal qarşılamır, qarşılamaz. Allah heç kimi ehtiyac içində qoymasın. İndi bu vəziyyət müvəqqətidir. Bunun sonrası da var axı, kişiliyi sındırmaq olmaz. Kişiliyi sındırırlar. Yardım etdikləri insanın üzünü çəkmək olmaz. Mən də çətinliklə yaşamışam, əyilməmişəm, sınmamışam, çalışmışam, vuruşmuşam və sonda bu günlərə çatmışam. Mən yardım edən zaman orada olan insanlardan bəziləri telefonla çəkirdilər, etiraz etdim, çəkmələrini istəmədim. Hazırda yaşadığımız günlər çətindir, amma keçəcək, müvəqqətidir. Hamısı geridə qalacaq. “İnstagram”da söydükləri insanların 30 manatlıq yardımına ehtiyac qalanlar var. Ona görə də heç vaxt sabahı bilmək olmur.”

# 2287 dəfə oxunub

Müəllifin son yazıları

# # #