Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link

Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
18 sentyabr 2020
# 11:02

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə “Üzeyir Hacıbəyli: Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazası hazırlanıb.

Kulis.azın verdiyi xəbərə görə, Milli Kitabxana tərəfindən hazırlanan elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatlar”, “Fotoqalereya”, “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Məlumat bazasında bəstəkarın publisistik əsərləri, operaları, musiqili komediyaları, xor, orkestr və kamera-instrumental əsərləri, romansları, mahnıları, səsyazmaları, fotoları, haqqında və əsərlərinə çəkilən filmlər verilib. Resurslar tam mətni ilə təqdim olunur.

Elektron məlumat bazasına burdan daxil ola bilərsiniz.

# 1982 dəfə oxunub

Müəllifin son yazıları

# # #