Müharibədə Şopen prelüdləri

Müharibədə Şopen prelüdləri
11 noyabr 2020
# 13:40

Qardaşxan

“Müharibədə Şopen prelüdləri” şeirinin müəllifi Rafiq Tağıya

Noyabr Böyük Qələbə və... Rafiq Tağı ayıdır. İnanırıq ki, bir gün unudulmaz yazarla bağlı da möcüzə baş verəcək,– bu qətlin üstü açılacaq, el-obasından “məcburi köçkün” düşmüş Rafiqin ruhu öz doğma yurd-yuvasına “qayıdacaq”.

Suqovuşana
su kimi qovuşdum, ana!
Bu neçə on ili hardaydım deyim
bu bir neçə günə qovuşduğuma?

Suyla qovuşanı od ayıramamış,
Oda qovuşanı su ayırarmış.
Odlar yurdu odla su arasında
od-alov içində oda tapınmış...

Qarabağla ayrılıq anılarında
Şopen prelüdləri
ölümsüz faciələrdə
yaşatdı ümidləri.

# 1977 dəfə oxunub

Müəllifin son yazıları

# # #