Mübariz İbrahimov haqqında roman nəşr edildi

Mübariz İbrahimov haqqında roman nəşr edildi
21 avqust 2020
# 15:04

Mübariz İbrahimov haqqında cizgi roman çap olundu.

Kulis.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında cizgi romanı işıq üzü görüb. “Hədəf Nəşrləri”ndə ərsəyə gələn kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, rəssamı Vasif Səftərovdur. Kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə nəşr olunub. Yerli oxucular üçün ənənəvi olmayan cizgi roman üslubunda nəşr olunan bu kitab Mübariz İbrahimovun əsasən döyüş yolu və qəhrəmanlığından bəhs edir.

“Mübariz İbrahimov. Cizgi roman” kitabı 2020-ci ilin noyabr-dekabr aylarında Biləsuvar rayonunda keçiriləcək silsilə tədbirlərdə təqdim olunacaq. Siravi oxucular isə kitabı artıq mağazalardan əldə edə bilərlər.

# 3852 dəfə oxunub

Müəllifin son yazıları

# # #