Məşhur yazıçının hekayəsinə film çəkilir

Məşhur yazıçının hekayəsinə film çəkilir
4 avqust 2020
# 10:10

Məşhur amerikalı yazıçı Stiven Kinqin “Palatadakı qadın” hekayəsi əsasında qısammetrajlı film çəkilir.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Sibir Cinema Workshops” film klubu məşhur amerikalı yazıçı Stiven Kinqin "Palatadakı qadın" hekayəsi əsasında qısametrajlı filmin çəkilişlərinə başlayıb.

Çəkiliş üçün Tomskda işləməyən otellərdən birinin dekorasiyalarla xəstəxana palatalarına çevirildiyi açıqlanıb. Bəzi görüntülər isə Mənzil Muzeyində və şəhərin mərkəzi parklarında lentə alınacaq.

Qeyd edək ki, yazıçı fevral ayında “Palatadakı qadın” hekayəsinin müəllif hüquqlarını Tomskdan olan 16 yaşlı Diana Kosrtyrinaya 1 dollara satmışdı. Filmin çəkilişlərinin dörd ay əvvəl baş tutması planlaşdırılsa da pandemiya səbəbindən çəkilişlər dayandırılmışdı.







# 1916 dəfə oxunub

Müəllifin son yazıları

# # #