Məşhur yazıçı koronavirusu fürsətə çevirdi

Məşhur yazıçı koronavirusu fürsətə çevirdi
19 mart 2020
# 13:49

Dünyada izlənmə rekordu qıran “Taxt oyunları” serialının uyğunlaşdırıdığı “Buz və atəşin mahnısı” adlı kitabın yazarı Corc R. R. Martin, koronavirus səbəbindən yaşanan sosial izolyasiyanı fürsətə çevirib yeni kitab yazdı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Qış küləkləri” adlanan kitab üzərində işlədiyini bildirən yazıçı şəxsi bloqu vasitəsi ilə oxucularına hazırkı vəziyyəti ilə bağlı məlumat verib. O bildirib ki, hazırda özünü yaxşı hiss edir və mümkün qədər virusdan qorunur: “Bəli yaşım və fiziki vəziyyətimi nəzərə alsaq ən həssas yaş qrupunda olduğumun fərqindəyəm. Mənim üçün nigarançılıq keçirənlərə bildirmək istəyirəm ki, hazırda vəziyyətim yaxşıdır. Şəhər mərkəzindən xeyli uzaq bir yerdə, komandamdan olan bir nəfərin nəzarəti altındayam. Şəhər mərkəzinə getmirəm, heç kimlə görüşmürəm”.

Vaxtını yazmaqla dəyərləndirdiyini deyən Martin qeyd edib ki, krallıqda işlər xeyli çətin olsa da hazırda gəldiyimiz vəziyyət qədər mürəkkəb deyil.

# 2223 dəfə oxunub

Müəllifin son yazıları

# # #