Məşhur yazıçı "Oskar"ı sərt tənqid etdi

Məşhur yazıçı "Oskar"ı sərt tənqid etdi
29 yanvar 2020
# 10:40

Amerikalı yazıçı Stiven Kinq “Oskar” mükafatının münsiflər heyətini irqçilikdə günahlandırır.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, yazıçının fikrincə münsiflər daha çox ağ namizədlərə rəğbət göstərdikləri üçün digər irqdən olan namizədlərə qarşı haqsızlıq edirlər.

Yazıçının sözlərinə görə "Oskar"da müxtəlif irqdən olan insanların təmsil olunması ilə bağlı vəziyyət əvvəllər daha pis idi:

“Hollivudda cəmi bir neçə afroamerikalı rejissor və bir qadın rejissor İda Lupinonun olduğu günləri xatırlayıram.”

O, problemin həm də mükafat heyətinin tərkibində olan ağ dərili münsiflərin 94 faiz olmasından qaynaqlandığını qeyd edib.

# 2526 dəfə oxunub

Müəllifin son yazıları

# # #