Məşhur türk aktrisası Meryem Uzerli “Oskar” mükafat mərasiminin fəxri qonağı olacaq.
Kulis.az türk mətbuatının istinadən verdiyi xəbərə görə, aktrisa artıq Los-Ancelese gedib. Gecəyə xüsusi hazırlaşan Uzerli qırmızı xalçada geyinəcəyi libas üçün dizaynerlərlə danışıqlara başlayıb.
Qeyd edək ki, aktrisa mükafat mərasimində “Oskar” çantasına sahib olmaq istəsə də, təşkilatçılar bu tələbi rədd edib. Səbəb isə sözügedən aksessuar yalnız mükafata namizəd olan insanlara verilir.