Məşhur rok ulduzu dünyasını dəyişdi

Məşhur rok ulduzu dünyasını dəyişdi
10 dekabr 2019
# 18:12

İsveçin pop-rok qrupu “Roxette”nin solisti Mari Fredriksson 62 yaşında vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, dünən dünyasını dəyişən İsveçin rok ulduzu Fredriksson 2002- ci ildən beyin xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Marie Fredriksson və Per Gessle 1986-cı ildə “Roksetta” qrupunu yaratdılar. 1989-cu ildə ifa etdikləri "The Look" mahnısı qrupa dünyada şöhrəti qazandırıb. Yarandığı ildən 2016-cı ilə qədər qrup 557 konsert verib. Qrupun ifasında məşhur olan dörd mahnı ABŞ-ın Billboard siyahısında birinci yeri tutub.

Ümumilikdə qrupun albomları 75 milyon nüsxədən çox satılıb.

# 2047 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #