Məşhur rejissordan yeni film

Məşhur rejissordan yeni film
22 may 2020
# 12:39

Yorqos Lantimos yeni filmin çəkilişlərinə başlayacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, “Lobster”, “Müqəddəs maralın öldürülməsi”, “Favorit qız” kimi maraqlı ekran işlərinin müəllifi rejissor Yorqos Lantimos tezliklə ssenarist Debora Devis ilə “Xoklaynın bədheybətləri” adlı filmin çəkilişlərinə başlayacaq.

Filmin ssenarisi məşhur Amerika yazıçısı Riçard Brotiqanın qotik janrında yazılmış əsəri əsasında hazırlanacaq.

# 2085 dəfə oxunub

Müəllifin son yazıları

# # #