Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
24 sentyabr 2020
# 10:27

Məşhur Fransız müğənnisi və aktrisa Julyett Qreko vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 94 yaşlı J.Qreko ötən gecə evində dünyasını dəyişib.

Julyett Qreko müğənniliklə yanaşı bir sıra filmlərdə də çəkilib. O, "Orfey", "Yelena və kişilər", "Günəş yenə doğacaq", "Böyük oyun","Tom dayının koması", "Generallar gecəsi", "Lili, məni sev" kimi filmlərdə oynadığı obrazlarla yadda qalıb.

# 1776 dəfə oxunub

Müəllifin son yazıları

# # #