Gürcü aktyoru, “Səhranın ağ günəşi” filminin qəhrəmanı Kaxi Kavsadze dünyasını dəyişib.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 85 yaşlı Kavsadze bir müddət ağır sətəlcəm diaqnozu ilə Tiflisdəki klinikaların birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Kaxi Kavsadze 80-dən çox filmə çəkilib. Onun ən məşhur rolu isə “Səhranın ağ günəşi” filmindəki quldur Abdullah olub.