Məşhur fransız rejissor vəfat etdi

Məşhur fransız rejissor vəfat etdi
9 fevral 2021
# 10:34

Fransız ssenarist və rejissor Jan Klod Karrer vəfat etdi.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, fransız ssenaristi və rejissoru “Mübarək yubiley” qısa metrajlı filminə görə “Oskar” mükafatı laureatı Jan Klod Karrer 89 yaşında dünyasını dəyişib.

Bu barədə Karrerin qızı məlumat verib. O, bildirib ki, atası heç bir xəstəlikdən əziyyət çəkməyib və yuxuda olarkən dünyasını dəyişib.

Qeyd edək ki, Jan Klod Karrer “Burjuvaziyanın təvazökar cazibəsi”, “Varlığın dözülməz yüngüllüyü”, “Sireno de Berjerak” kimi filmlərin ssenari müəllifi olub, rejissor Luis Bunuellə çiyin-çiyinə işləyib. "Mübarək yubiley", "Fasilə" və "Manikür üçün qayçı" filmlərinin rejissoru olub.

# 1240 dəfə oxunub

Müəllifin son yazıları

# # #