Məşhur fransız aktyoru vəfat etdi

Məşhur fransız aktyoru vəfat etdi
4 noyabr 2020
# 15:54

Məşhur fransız aktyor Klod Jiro vəfat edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 84 yaşlı aktyorun ölüm səbəbi açıqlanmır.

O, noyabrın 7-də, Sen-Prist-de-Şam kommunasında dəfn ediləcək.

K.Jiro 1936-cı ildə Şamales kommunasında anadan olub. İlk dəfə 1958-ci ildə “Fırıldaqçılar” filminə çəkilib.

Bundan başqa, o, Anjelika haqqında filmlərdəki markiz Filipp de Plessi-Bellye rolu və “Kralın lənəti” mini serialındakı iştirakına görə də tanınıb.

# 1409 dəfə oxunub

Müəllifin son yazıları

# # #