Məşhur drijor vəfat etdi

Məşhur drijor vəfat etdi
12 avqust 2021
# 16:37

İtaliyalı dirijor Canluiji Celmetti 76 yaşında dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, dünyanın bir çox aparıcı ansamblları ilə işləmiş drijorun ölüm səbəbi hələ ki, məlum olmayıb.

Çelmetti Stuttgart radio orkestrinin direktoru, Roma operasının musiqi rəhbəri, eyni zamanda Sidney Simfonik Orkestrinin baş dirijoru olub. Son illərdə “Monte Karlo” filarmoniyasının orkestrində fəxri direktor vəzifəsində çalışıb.

Fəaliyyəti boyunca o, həm də unudulmuş musiqləri həyata qaytarıb. Onun sayəsində tamaşaçılar yenidən səhnədə Ottorino Respiqinin "Mariya Viktoriya” və "Plamya", Franko Alfanonun "Sakuntala əfsanəsi", Maskaninin "İris" tamaşalarını görüblər.

# 1724 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #