Məşhur cazmen vəfat etdi

Məşhur cazmen vəfat etdi
3 noyabr 2020
# 10:08

İspaniyanın tanınmış saksofon və klarnet ifaçısı, bəstəkar və cazmen Pedro İturralde vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 91 yaşlı ifaçının Madrid Beynəlxalq Caz Festivalı çərçivəsində dekabrın 23-də “Galileo Galilei” zalında nəzərdə tutulan konserti baş tutmayıb.

Pedro İturralde flamenkonu cazla sintez edən ilk ifaçılardan olub. Onun 1967-ci ildə dünya şöhrətli Pako de Lusianın iştirakıyla buraxdığı “Jazz Flamenco” albomu musiqiyə fərqli formada yanaşdığından xəbər verirdi. Sonradan bu albom Amerikanın məşhur “Blue Note” səsyazma studiyasının kataloquna daxil edilmişdi. Həmin il Pedro İturralde üçün uğurlu il olub. O, Berlin Caz Festivalında səhnəni Mayls Devis, Telonius Mank, Sarah Voqan və Baden Pauel ilə bölüşüb.

# 1755 dəfə oxunub

Müəllifin son yazıları

# # #