Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi
15 iyun 2021
# 14:01

Türkiyənin məşhur bəstəkarı və kaman ustası Selçuk Tekay vəfat edib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı bəstəkar ürək tutması nəticəsində dünyasını dəyişib.

O, “Beraber yürüdük biz bu yollarda”, “Vurgun”, “Unuturum diye yorma kendini”, “Yorgunum”, “Aradığın aşkı buldunmu” adlı bir çox məşhur mahnıların bəstəkarı olub. Bülent Ersoy, Müzeyyen Senar, Adnan Şenses, Ebru Gündeş, Sibel Can kimi məşhur türk sənətkarları ilə birgə işləyib.

# 1492 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #