Məşhur aktyor koronovirusdan vəfat etdi

Məşhur aktyor koronovirusdan vəfat etdi
15 iyul 2020
# 12:13

Məşhur serialın aktyoru koronovirusdan vəfat etdi.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur Meksika aktyoru Raymundo Kapetilyu 76 yaşında xəstəxanada vəfat edib. Bir həftə koronovirus infeksiyası səbəb ilə vəziyyəti ağırlaşan aktyor xəstəxanaya yerləşdirilsə də, iyulun 12-də dünyasını dəyişib.

Kapetilyu bir neçə məşhur serialda rol alsa da, azərbaycanlı tamaşaçılar onu “Vəhşi roza” serialındakı Doktor Reynaldo rolu ilə tanıyırlar.

# 2209 dəfə oxunub

Müəllifin son yazıları

# # #