Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi
3 avqust 2020
# 11:14

ABŞ-ın məşhur aktyorlarından biri olan Uilford Brimli 85 yaşında vəfat edib.

APA bildirir ki, bu barədə “TMZ” portalı xəbər yayıb.

Məlumata görə, aktyor son illərdə dialez müalicəsi alıb. O, Yuta ştatında olan evində dünyasını dəyişib.

Brimli 1934-cü ildə anadan olub. Xeyli filmlərə çəkilib. “Çin Sindromu” filmində oynadığı rolla o, dünyada tanınıb.

# 1760 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #