Məşhur aktrisanın fotoları yüksək məbləğə satıldı - Foto

Məşhur aktrisanın fotoları yüksək məbləğə satıldı - Foto
9 mart 2020
# 17:48

Merlin Monronun 70 il sonra ortaya çıxan fotoları 61 min dollara satıldı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 20- ci əsrin ən məşhur ulduzlarından olan Merlin Monronun əvvəllər heç yerdə yayımlanmayan fotoları ABŞ-ın Boston şəhərində keçirilən hərracda 61 min dollara satılıb. 1952- ci ildə çəkilən fotolarda, 1962- ci ildə gözlənilmədən dünyasını dəyişən 36 yaşlı Monro, Hollivodda şöhrət tapmasına səbəb olan “Niaqara” filminin çəkilişləri sırasında görüntülənib.

Gallery

“Weekend” dərgisinin əməkdaşı kanadalı jurnalist və fotoqraf Cuk Karollun çəkdiyi fotolarda, hələ 26 yaşında olan Merlin Monro Niaqara şəlalələrində, çəkiliş meydançasında əks olunub.

Gallery

Müəllif hüquqları ilə birlikdə alcıya satılan fotoların nüsxələri isə Karollun oğlu Anqus Karolla təqdim olunub.

Gallery

# 1739 dəfə oxunub

Müəllifin son yazıları

# # #