Moskvada Vaqif Səmədoğlunun xatirə gecəsi keçirildi

Moskvada Vaqif Səmədoğlunun xatirə gecəsi keçirildi
13 mart 2020
# 09:33

Rusiyanın paytaxtı Moskvanın “Jurnalistlər evi”ndə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, həmçinin Beynəlxalq Türk mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən gecədə hər iki ölkənin tanınmış nümayəndələri iştirak ediblər.

Ədəbi gecə Xalq şairi Vaqif Səmədoğlunun həyatından bəhs edən filmin nümayişi ilə başlayıb.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, şairə Afaq Şıxlı və başqaları iştirak edib.

# 1256 dəfə oxunub

Müəllifin son yazıları

# # #