Kim nə deyir desin, bu müharibədə torpaqlar qdərə vacib bir məsələ var idi: psixoloji qələbə!
Biz birinci savaşda məğlub olmuşduq və artıq xalq olaraq psixologiyamızda məğlubluq sindromu yaranmağa başlamışdı. Ermənilər psixoloji cəhətdən bizdən üstün idilər, ona görə dilləri daha uzun idi.
Biz bu qələbə ilə təkcə torpaqları yox, həmin o psixoloji üstünlüyü də özümüzə qaytardıq.
Ermənistan rəhbərliyi, ordusu təslim oldu!
Bunun nə olduğunu dərk edirsiniz?
Bunu özləri etiraf etdilər. Ağ bayraq qaldırdılar. Dedilər, biz bacarmırıq, hamımız qırılmayaq deyə sülh istəyirik.
Bunu Ermənistanın rəhbərləri dedi, bunu həmin o "məğlubedilməz ordu" etiraf etdi. 30 il boyunca üyüdüb tökdükləri bütün sözləri onlara yedirtdik.
Bu, çox vacib idi, çox!
İndi isə qalib xalqın nümayəndəsi kimi Ermənistanda baş verənləri böyük həvəslə, həzz alaraq izləyirəm.
Ermənilər İrəvanda etiraz aksiyalarına başlayıblar. Hər kəs imzalanan müqaviləyə qarşı olduğunu, müharibəyə davam etmək istədiyini bildirir.
Bəs Paşinyan müqavilə imzaladığını erməni xalqına bəyan edəndə nə demişdi? Demişdi, orduya yetərincə könüllü səfərbər edə bilmədik, canlı qüvvəmiz, demək olar, qalmamışdı, ona görə də davam edə bilməzdik.
Bəs müharibə bitdikdən sonra meydanlara axışan erməni “kişiləri” müharibə zamanı harda idilər? Niyə əllərinə silah alıb döyüşməyə yollanmadılar?
Videolardan görünür ki, etirazçıların əksəriyyəti gənc və sağlam kişilərdir.
Yadıma bir lətifə düşdü.
Bir gün bir oğlan xalası ilə yol gedir. Yolda kimsə oğlanın xalasına söz atır. Oğlan özünü çox əsəbiləşmiş kimi göstərir və xalasından soruşur ki, gedim, vurum onu?! Xalası cavab verir ki, vuran oğlan xalasından soruşmaz.
İndi ermənilərin etirazları da mənə bunu xatırladır.
Düz 45 gün müharibə oldu, niyə onda meydanlara axışıb döyüşlərə yollanmaq üçün silah tələb eləmədilər?
Çünki məğlub olacaqlarını bilirdilər.
Ermənilərin indi öz mitinqləri ilə doğrudan lətifə qəhrəmanına bənzəyirlər.
Bir rus atalar sözündə deyildiyi kimi, davadan sonra yumruq atmırlar (После драки кулаками не машутся)
Siz məğlub oldunuz.
Bundan sonra biz qalib tərəfik, biz üstünük.
İndən belə bizim dilimiz uzun olacaq...
İndən belə biz başımız dik, alnımız açıq gəzəcəyik!
Və unutmayın, bir-birini didib-tökmək məğlubların şakəridir.
İşinizdə olun.